Xəbər lenti

Dünya 18:28 19.08.2022

Urmiyada artıq içməli su tapılmır: adamlar saatlarla növbəyə durur

Bu isti yayda, Urmiya əhalisi bu şəhərin gölü kimi suya təşnədir.

Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bölməsinə istinadən xəbər verir.

Yerli məlumatlara görə, Urmiya əhalisi bir həftədən artıqdır ki, bu şəhərin ərazilərinin mütləq əksəriyyətinin su təzyiqinin aşağı düşməsi və geniş şəkildə su kəsilməsi ilə üzləşdiyini, bəzi bölgələrdə bu problemin səhər saatlarında başladığını və gecəyə qədər davam bildiriblər. 

Bəzi məlumatlara görə, son iki gündə, Urmiya şəhər bölgələrinin çoxunda 24 saatlıq su kəsilib, sakinlər şəhərdə su çənləri ilə təchiz olunmuş avtomobillərdən suyu çox baha qiymətə almaq üçün saatlarla növbə çəkməli olurlar.

Xəbərə görə, şəhərin su-kanal müəssisəsi vətəndaşların telefon zənglərinə cavab  vermir.

Vurğulanır ki, ötən günlərdə İranın bir çöx şəhərlərində o cümlədən, Həmədan, Şəhrekord, Kirmanşah, Əhvaz və Zahedanda suyun kəsilməsi və su təzyiqinin aşağı düşməsi ilə bağlı çoxsaylı məlumatlar yayılıb.

Ölkənin su təşkilatı bir müddət əvvəl elan etmişdi ki, İranın 31 əyalətindən 26-sı ciddi su çatışmazlığından əziyyət çəkir və bu yay ölkənin yaşayış məntəqələrinin yarıdan çoxunda içməli su problemi var.

M.Arif

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->