Təbrizli bəstəkar Urmiyə gölü üçün "Mətəm marşı” bəstələyib.
Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər
verir.
Təbriz şəhərindən olan iranlı bəstəkar və etnomüzikoloq Aria Türkanburi qurumaq ərəfəsində olan Urmiyə gölü üçün son əsərində "Urmiyə gölünün yası” adlı marş bəstələyib. Bu marşın sözləri Alireza Qolonjoya məxsusdur, orkestr sistemi isə Hadi Mostafainin ifa etdiyi muğam üstə musiqidir. Türkanburi Anadolu agentliyinin müxbirinə verdiyi müsahibədə Urmiyə gölünün Azərbaycan xalqının simvolu olduğunu bildirib:”Bu gölün böyük bir hissəsinin quruması bütün Azərbaycan xalqına, o cümlədən mənə təsir etdi və ona görə bu matəm marşın yazdım”.
Onun sözlərinə görə, matəm marşı ölüm üçün yazılmış və daha çox ərəb ölkələrində yayılan musiqi tərzidir.
Aria Türkanburi həmçinin Qarabağ və Təbriz üçün musiqi marşları bəstələyən musiqiçi kimi tanınır.
M.Arif
Şərhlər