Uşağın koronavirus olub-olmamasını analar ayırd edə bilməzlər - Baş pediatr

Uşağın koronavirus olub-olmamasını analar ayırd edə bilməzlər - Baş pediatr

Əvvəlki illərlə müqayisədə azyaşlılar arasında mövsümi qrip hallarının azalmasına baxmayaraq, bəzi valideynlər koronavirus təhlükəsilə bağlı narahatdırlar. Hətta övladı adi qrip olan analar "bəlkə koronavirusdur” düşüncəsilə təlaşa qapılırlar.

Məsələ ilə bağlı Modern.az-a danışan respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, həqiqətən də uşaqlar arasında qripə yoluxma halları azalıb:

"Əvvəlki illərdə bu vaxtlar qrip səbəbilə uşaqların dərsə davamiyyəti də aşağı düşürdü, xəstəxanlara müraciət edənlər də çox olurdu. Hazırda xəstəliklərin az olmasına səbəb də məktəb və bağçaların bağlı olmasıdır. Bu, nəinki Azərbaycanda, bütün dünyada müşahidə edilən tendensiyadır. Amma az-az uşaqlar arasında qripə yoluxma baş verir. Bunun koronavirus olub-olmamasını bilmək üçün mütləq analiz verilməlidir. Analar ev şəraitində bunu ayırd edə bilməzlər. Amma unutmamalıdırlar ki, koronavirusun üç əsas əlaməti yüksək hərarət, öskürək və tənəffüs çatışmazlığıdır. Uşaq asqırıb-öskürürsə, bu o demək deyil ki, o koronavirusa yoluxub. Amma kim narahatdırsa, mütləq təcili tibbi yardıma  müraciət etməldir”.

Baş pediatrın sözlərinə görə, dünya üzrə də uşaqların koronavirusa yoluxması az-az müşahidə edilir:

"Yoluxanlar da bunu yüngül keçirirlər. Amma təbii ki, istisnalar da mövcuddur”.

Qeyd edək ki, bugünədək Azərbaycanda 18 yaşına çatmayanlardan 3 nəfər koronavirusa yoluxub, vəziyyətləri kafidir.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR