"Uşaq pulu həm də dövlətin atalıq qayğısını hiss etdirməsidir" - Ekspert

"Uşaq pulu həm də dövlətin atalıq qayğısını hiss etdirmək anlamına gəlir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-alim, sabiq millət vəkili Nazim Bəydəmirli deyib. Ekspert hesab edir ki, Azərbaycan höküməti uşaqların gələcəyi naminə onlara göstərdiyi qayğını artırmalıdır:



"Çox təəssüf edirəm.... Azərbaycan o ölkələrdəndir ki, uşaq pulu ilə bağlı müavinətlər çox məhdud sayda verilir. Digər ölkələrə nisbətən uşaqlara yetkinlik yaşına çatana qədər müavinət vermir. Azərbaycanda belə bir fikir formalaşıb ki, əhalinin sayını tənzimləmək üçün Qərb ölkələri bunu tətbiq edir. Amma yalnış fikirdir. Əslində dövlətlər uşaqların sağlam böyüməsində məsuliyyət daşıyırlar və gələcəkdə onların müxtəlif fəsadlardan, xəstəliklərdən əziyyət çəkməmələri üçün uşaq vaxtı qayğı göstərirlər”.

Nazim Bəydəmirli bildirib ki, uşaq pulunun mahiyyəti heç də dövlətin kənarda durmaması anlamına gəlir:

"Dövlət valideynlərlə bərabər sağlam nəslin yetişməsində rol oynamaq istəyir və Qərb ölkələri adətən buna görə uşaq pulu verirlər. Elə ölkələr var 18, bəziləri 23-25 yaşına qədər, məsələn, Almaniya, İsveçrə və s. kimi ölkələrdə 25 yaşına qədər müavinətlər verilir. Bu müavinətlər Azərbaycanla müqayisədə böyük məbləğlər əhatə edir və uşaqların hərtərəfli sağlam böyüməsi üçün müxtəlif addımlar atırlar”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR