Ölkə 13:57 16.07.2019

Uşaqları təhlükədən qorumaq üçün güvənli təklif (VİDEO)

Bu gün hündürmərtəbəli binaların yaratdığı problemlərdən biri də pəncərələrin qorumasız - açıq olmasıdır. Xüsusən evdə azyaşlı uşaqlar varsa valideynlərin qayğısı daha da artır. Mənzilin havasının dəyişməsi üçün pəncərələr açılırsa, diqqət pəncərələrdə olur ki, uşaqlar ora yaxınlaşmasın. Bu da həm əlavə stress yaradır, həm də insanları başqa işlərdən edir. Bəzən də ani bir diqqətsizlik faciəylə nəticələnir. 

Mütəmadi olaraq xəbər lentlərinə hansısa uşağın açıq pəncərədən yıxılıb ölməsi və ya ağır yaralanmasıyla bağlı məlumatlar düşür. Adi xəbərin arxasında isə bir ailə faciəsi, dağlanan ürək və vicdan əzabıyla baş-başa qalan valideynlər durur. Lakin bu cür bədbəxt hadisələrin qarşısını almaq mümkündür.

İlk dəfə Azərbaycanda tətbiq olunan "Güvənli pəncərə” barmaqlığı valideynlərin narahatlığını tamamilə aradan qaldıracaq. Estetik görünüşə malik, rahat quraşdırılan və dəmirdən olan bu barmaqlıqlar nəinki uşaqların, böyüklərin belə ağırlığına tab gətirir. Bundan əlavə pəncərənin silinməsini də daha təhlükəsiz edir. 

Qeyd edək ki, yeni hündürmərtəbəli binalarda ənənəvi barmaqlıqların quraşdırılması qadağandır. Bina sahibləri fasad görünüşü pozular deyə buna icazə vermirlər. "Güvənli pəncərə” məhz bu yerdə işə yarayır. Evin içindən quraşdırıldığından binanın görünüşünə xələl gətirmir. Bundan əlavə güvənli, uzunömürlüdür və ən əsası, qiyməti münasibdir.

ÇƏKİNMƏDƏN ELƏ İNDİ ZƏNG EDİN:  070 301 11 59
FACEBOOK SƏHİFƏSİ: GÜVƏNLİ PƏNCƏRƏ