Dünya 16:36 18.03.2019

Hollandiyada silahlı insident: ölən və yaralananlar var (YENİLƏNİB)

Hollandiyanın Utrext şəhərində tramvayda naməlum şəxsin atəş açması nəticəsində bir nəfər ölüb, bir neçəsi də yaralanıb.

Qaynarinfo xəbər verir ki, hadisə yerinə hərbi polis və üç təcili yardım helikopteri cəlb olunub, əraziyə giriş-çıxış məhdudlaşdırılıb.

Yerli KİV-in yazdığına görə, hadisəni törədən şəxs qaçıb. Polis hadisədə "terror motivləri”nin olduğunu istisna etməyib. Məktəblər, məscidlər, nəqliyyat qovşaqlarında təhlükəsizlik tədbirləri artırılıb.

Hadisə ilə bağlı iki nəfərin axtarıldığı bildirilir. Hökumət insidentdən sonra Utrextdə terror ehtimalının xeyli artdığını bildirib. 

Baş nazir Mark Rutte yaranmış böhran vəziyyətinə hazır olmağa çağırıb.

***14.55

Hollandiyanın Utrext şəhərində silahlı insident baş verib.

Qaynarinfo The Sun-a istinadən xəbər verir ki, hadisə tramvayda baş verib. Adı açıqlanmayan şəxs ətrafa atəş açıb. Çoxlu yaralıların olduğu bildirilir. 

Təhlükəsizlik və təcili yardım əməkdaşları əraziyə cəlb olunub.

Gülşən