Pəhriz və düzgün qidalanma çox vacibdir. Lakin uzun ömür sürmək üçün daha təsirli mexanizmlər mövcuddur.
Oxu.Az-ın "Eurek Alert”ə istinadla xəbərinə görə, Şərqi İngiltərə Universitetinin tədqiqatçıları araşdırmalar nəticəsində müəyyən ediblər ki, təbiət qoynunda gəzintilər və təmiz hava 2-ci növ şəkərli diabetə, ürək-damar xəstəliklərinə yoluxma təhlükəsini azaldır, qəfil ölüm riskini minimuma endirir.
Ümumilikdə 140 tədqiqata 20 ölkədən 290 milyon insan cəlb olunub.
Təbiət qioynuna daha yaxın yaşayan insanlarda bir çox tibbi göstəricilər, o cümlədən qan təzyiqi, ürək döyüntüləri və ürəyin ümumi durumu normaya yaxındır.
Şərhlər