Xəbər lenti

Vahid Ələkbərov İlham Əliyevə məktubu göndərdi
Ölkə 20:33 19.10.2013

Vahid Ələkbərov İlham Əliyevə məktubu göndərdi

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: 

“Hörmətli İlham Heydər oğlu!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
 
Seçkilərdə inamlı qələbəniz Sizin böyük siyasi nüfuzunuzu və apardığınız kursun ölkə əhalisi tərəfindən dəstəkləndiyini təsdiq edir.
 
Sizin rəhbərliyinizlə Azərbaycanın dinamik sosial inkişafının təmin olunmasına, əhalinin həyat keyfiyyətinin əsaslı şəkildə yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrinin inkişafı üçün iqtisadiyyata iri sərmayələrin cəlb edilməsinə yönəlmiş dəyişikliklər uğurla davam edir. Xarici ölkələrlə ticari-iqtisadi əməkdaşlıq fəal inkişaf edir.
 
Fürsətdən istifadə edərək Azərbaycanda “LUKoyl” ASC-nin fəaliyyətinin dəstəklənməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, azərbaycanlı tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı daim inkişaf etdirmək əzmindəyik.
 
Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə ürəkdən möhkəm cansağlığı, səadət, habelə çoxşaxəli və məsul fəaliyyətinizdə daha böyük uğurlar arzulayım”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->