Azərbaycanlı iş adamı Vahid Ələkbərov Londonda keçirilən "İnvestorlar günü”ndə səhmdarı olduğu "Lukoyl” şirkəti haqqında maraqlı açıqlamalar verib.
"Qafqazinfo” "TASS” agentliyinə istinadən xəbər verir ki, Ələkbərov şirkətin rəhbərliyindən uzaqlaşmağın vaxtının gəldiyini bildirib:
"Hər bir qurumun rəhbəri şirkətinin idaərəetmə fəaliyyətindən ayrılsa belə şirkətinin səmərəli işləyə biləcəyini düşünməlidir. Bu gün mənim və vitse-prezidentin funksiyalarını birləşdirdik. Vaxtı gələndə isə bu vəzifələr ayrılacaq. Məqsədimiz özəl şirkət qurmaq deyil.
Məni əvəz edəcək adam haqqında düşünürəm. Bu, yaxın qohumum olmayacaq. Zaman gələndə onun haqqında biləcəksiniz”.
Milyarder şirkətin gələcəyi haqqında narahatlığını da dilə gətirib:
"Mənim varislərimin mülkümü müflis edə biləcəyini düşünmürəm. Əks halda bu gözlənilməz nəticələrə gətirib çıxara bilər”.
Qeyd edək ki, "Lukoyl”ın ən böyük səhmdarı 24,8% hissə ilə Vahid Ələkbərovdur. Leonid Fedun 9,8%, IFD Kapital təxminən 8% və "Lukoyl İnvestisiya Kipr” 16% hissə ilə digər səhmdarlardır.
Şərhlər