Xəbər lenti

Sağlamlıq 23:18 08.02.2021

"Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır" - TƏBİB

"Vətəndaşların COVID-19-a qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvəndən sonra ola biləcək allergik reaksiyalarının qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür".

Qaynarinfo xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra müəyyən müddət -15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olurlar.

V.Yaşar qeyd edib ki, artıq vaksinasiyanın ikinci mərhələsinə - yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb:

"Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda sahə həkimi evə də gələ bilər”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?