Oqranizmdə mövsümi baş qaldıran xəsəliklərin əsas səbəbi kimi, immun sisteminin zəifləməsi göstərilir. Həkimlər xüsusilə payız-qış mövsümündə immun sisteminin zəifləməsinin çoxsaylı xəstəliklərə yol açdığını bildirirlər. Tibb mütəxəssislərinin sözlərinə görə, payız və qış mövsümündə immun sisteminin zəifləməsi xüsusilə uşaqlarda, hamilə qadınlarda, yaşlı insanlarda çoxsaylı xəstəliklərə səbəb ola bilər.
Qaynar.info Movqe.az-a istinadən xəbər verir ki, Ölkənin baş pediatrı Nəsib Quliyev açıqlamasında bildirib ki, uşaqlarda immuntet zəifləməsi ilk növbədə onların mövsümlə bağlı yayılan viruslara tez yoluxması, tənəffüs yolları xəstəliklərinin baş qaldırmasına səbəb olur. N. Quliyevin sözlərinə görə, uşaqların payız-qış mövsümündə virus xəstəliklərinə daha az yoluxmaları üçün orqanizmin möhkəmləndirilməsi tədbirləri ilin isti fəsillərində aparılmalıdır: "Günəşli hava və dəniz uşaqların yay mövsümündə orqanizminin möhkəmləndirilməsi üçün faydalıdır. Təbiətin bizə verdiyi nemətlərdən lazımınca istifadə etmək lazımdır. Həkimlər də, valideynlər də yay fəslində uşaqların sağlamlığı üçün tədbirlər görməlidirlər. Xüsusilə valideynlər uşaqlarda immun sistemini gücləndirən qidalara üstünlük verməlidirlər. Təcrübə göstərir ki, immunteti güclü olan uşaqlar qışda az xəstələnir, hətta müxtəlif qrip viruslarının yayıldığı məkanda belə orqanizmləri həmin virusu yaxın buraxmır. Ümumiyyətlə qrip virusları həm uşaqlarda, həm də böyüklərdə immun sistemi zəifləyən orqanizmə yaxın düşür. İmmuntetin zəifləməsi uşaqlarda təkcə hava ilə yayılan virusların yayılmasına yox, boydan geri qalma, iştah zəifliyi, qan azlığı və sair xəstəliklərin baş qaldırılmasına səbəb olur”.
N. Quliyevin sözlərinə görə, uşaqlara verilən qidalar da bəzən onlarda imuntetin aşağı düşməsinə gətirib çıxardır: "Körpə uşağı həkimə gətirirlər ki, tez-tez xəstələnir. Valideyn imuntetin zəifliyindən şikayətlənir. Həkim müayinə edir, məlum olur ki, uşaq anadan olandan ana südü dadmayıb. Təbii ki, belə nəsildə immun sisteminin zəifliyinin müşahidə olunması normaldır. Ana südü bütün vitaminlərlə zəngindir. Ana südü ilə qidalanan uşağın imuntetini qaldırmaq üçün ona vitamin verməyə ehtiyac yoxdur. Bu gün uşaqlar ana südü dadmadan böyüdüklərindən onlarda immun sistemi zəif olur. Bu da uşaqlar yeniyetmə dövrünə çatdıqda müxtəlif xəstəliklərin baş qaldırmasına səbəb olur. Bu, tibbdə təsdiq edilmiş faktdır. İki yaşa qədər uşağın immunitetini ana südü formalaşdırır. Analar bilməlidir ki, süni qida ilə bəslənən uşaqların immuniteti zəif olur, yoluxucu xəstəliklərə tez yoluxurlar. Süni qida qəbul edən uşaqların fiziki inkişaf göstəriciləri pozulur, intellektual inkişaf səviyyəsinə görə bu uşaqlar ana südü ilə qidalanan uşaqlardan geri qalır. Çünki ana südünün tərkibində elə inqridientlər var ki, onlar başqa heç bir qidanın tərkibində olmur. Bu maddələr baş beynin inkişafına təsir göstərir”.
Həkimlər də, imuntet zəifliyinin təkcə uşaqlarda deyil, böyüklərdə də bəzi xəstəliklərin erkən baş qaldırmasına səbəb olduğunu deyirlər. Professor Adil Qeybullanın sözlərinə görə, yaşlı insanlar və hamilə qadınlar immuntetlərinin aşağı düşməsinə şərait yaratmamalıdırlar: "Həmin quruplarda toxumalar zəif olduğundan soyuqdəymə, virus daha tez orqanizmə yol tapır. Bəzən immun sisteminin zəifləməsinin səbəbini yalnız qida ilə bağlayırlar. Amma insanlar imuntetlərini gücləndirmək üçün təkcə qidaya deyil, istirahətə də vaxt ayırmalıdırlar. Yayda Günəş vannası qəbul etmək insan sağlamlığına yaxşı təsir göstərir. Orqanizmə D vitamini verir. Dərinin qəbul etdiyi kalsium maddəsi metabolizm və immunitet sistemi üçün faydalı olduğu üçün yay fəslində günəşlənmək faydalıdır. günəş vannası qəbul etdikdə orqanizmin derma adlanan dəri qatındakı hüceyrələrin kimyəvi tərkibinin dəyişməsi ilə bədən qaralır. Bu hüceyrələr günəşdən gələn ultrabənövşəyi şüaların təsiri altında qaldıqda melanin adlanan tünd rəngli maddələrin miqdarını artırır”.
A. Qeybulla qidalanma faktrının da immun sisteminin gücləndirilməsində rolu olduğunu deyir: "İnsanlar elə düşünür ki, onlar ət və ət məhsullarından daim istifadə etməklə immuntetlərini gücləndirmiş olurlar. Amma orqanizmdə imunteti gücləndirən, əsasən meyvə və tərəvəz, süd və dəniz məhsullarıdır. Bu qidalar orqanizmdə vitaminlər balansının pozulmasının qarşısını alır ki, bu da orqanizmi bir sıra xəstəliklərdən qoruyur”.
Professor deyir ki, gərgin və stresli iş rejimi də insanın immun sisteminə, xəstəliklərin baş qaldırmasına səbəb olur: "Bəzən insanlar bütün günlərini, iş saatından artıq kompyuter arxasında keçirirlər. Günün müəyyən saatlarında açıq havada gəzişmək, sağlam qidalanmaq şərt olduğu halda bunlara əməl etmirlər. Bu cür iş rejimi təbii ki, orqanizmdə tədricən imuntetin aşağı düşməsinə öz təsirini göstərir”.
A. Qeybulla xüsusilə gənclərin sağlam həyat tərzi sürməməsinin, yuxusuzluğun orqanizmdə imuntetin aşağı düşməsinə, xəstəliklərin erkən yaşdan baş qaldırmasına səbəb olur.
Qaynar.info
Şərhlər