Xəbər lenti

Bakıda zibili eşşək arabası ilə daşıyırlar:
Video 18:30 15.07.2025

Bakıda zibili eşşək arabası ilə daşıyırlar: "Beş manatdan pul yığırıq" (VİDEO)

Zirə qəsəbəsində zibil problemi gündəmə gəlib. Sosial şəbəkədə yayılan videoda bir kişinin eşşək arabası ilə zibil daşıdığı görünür. Məsələ sosial mediada geniş rezonans doğurub.

Qaynarinfo Bakupost.az-a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, qəsəbədə zibil konteynerləri yoxdur, küçələr isə zibil yığınları ilə doludur:

"Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşək arabası ilə zibil daşıyırıq. Beş manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın."

Məsələ ilə bağlı Zirə Bələdiyyəsindən bildirilib ki, videodan məlumatlıdırlar, lakin həmin zibili onlar yığmırlar. Məsuliyyətin ünvanı kimi Xəzər Rayon İcra Hakimiyyətini göstəriblər.

İcra hakimiyyətindən isə qeyd olunub ki, ümumiyyətlə, zibil yığmaq onların səlahiyyətində deyil:

"Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlayın".

Mənzil Kommunal Təsərrüfat Birliyi isə məsələ ilə bağlı açıqlama verməyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->