Xəbər lenti

Vanilin möcüzəvi faydaları
Sağlamlıq 22:13 27.08.2017

Vanilin möcüzəvi faydaları

16-17-ci əsrlərdə bu bitkinin qiyməti qızıldan da baha olub. Vətəni Meksika sayılan vanil möcüzəvi faydalarına görə sonralar digər ölkələrdə də becərilib. Vanildən söz düşəndə ilk növbədə şirniyyatların özünəməxsus dadı və qoxusu yada düşür. Ancaq vanilin dəyəri təkcə bununla bitmir.

"Qaynarinfo" enter.news-a istinadən vanilin faydaları haqqında yazını təqdim edir:

Vanil bitkisindən əsasən toz, şəkər, yağ, ekstrar kimi məhsullar hazırlanır.

Xalq təbabətində bu bitkidən həzm sisteminin, tənəffüs yollarının, mədə bağırsaq xəstəliklərinin, sinir sestimi və maddələr mübadiləsi pozğunluğunun müalicəsində güniş istifadə olunur. Bununla yanaşı vanil yuxusuzluq, immunitetin zəifləməsi, yüksək qan təzyiqi, piylənmə halları, soyuqdəymə zamanı da olduqca faydalıdır.

Vanil stresslə mübarizədə ən effektli vasitələrdən biridir. Onun qoxusu beyinə müsbət təsir göstərərək xoşbəxtlik hormonu adlandırılan serotoninin istehsalını stimullaşdırır ki, bu da insanda ruh yüksəkliyinə, xoş əhvala səbəb olur.

Vanil güclü afrodiziakdır, o cinsi həvəsi və fəallığı artırır. 600 arvadı olan Astek hökmdarı Montesumanın ən sevimli içkisi də məhz vanildən hazırlanıb. Təsadüfi deyil ki, bu hökmdarın 50 uşağı olub.

Qadınlarda menustrasiya zamanı vanil səhhəti yaxşılaşdırır.

Bu bitki onkoloji xəstəliklərin profilaktikası üçün də ən təsirli vasitələrdən biridir. Elmi təcrübələr sübut edib ki, vanil xərcəng hüceyrələrini məhv edir, xüsusilə də süd vəzi xərcəngi zamanı.

Vanil həzm prosesini yaxşılaşdırır, o, mədə şirəsinin turşluq dərəcəsini aşağı salır və karbohidratların tez parçalanmasına səbəb olur.

Vanilin dah bir faydalı xüsusiyyəti ondan ibarətdir ki, o spirtli işkilərin təsirini neytrallaşdırır, alkoqollu içkilərə qarşı meylliliyi azaldır.

Vanildən hazırlanmış yağ kosmetologiyada geniş istifadə olunur. O dərini nəmləndirir, təravətli saxlayır, vaxtsız qırışların yaranmasına mane olur, kənar təsirlərdən qoruyur. Bunun üçün istifadə olunan şampuna, yaxud duş gelinə bir neçə damşı vanil yağını əlavə etmək kifayətdir.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->