Dünya 17:29 21.01.2020

Hamamdan 2,5 metr uzunluğunda ilan çıxdı (FOTOLAR)

İngiltərənin Mersisayd bölgəsində bir qadının yaşadığı evin hamamından 2,5 metr uzunluğunda bao ilanı çıxıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hadisədən dəhşətə gələn qadın dərhal polisə məlumat verib. İlan mütəxəssis tərəfindən tutularaq, heyvan düşərgəsinə təhvil verilib.

Qadın ilanın hardan gəldiyini bilmədiyini deyib.

Qeyd olunur ki, piton ilanın bir növü olan bao ilanları əsasən Mərkəzi və Cənubi Amerikada yaşayır. Onların uzunluğu 50 santimetrlə 4 metr arasında dəyişir və hücuma meyilli olmadıqları bildirilir.
 
Camal