Video 12:54 13.01.2020

Vaqif Bayatlı "Reinkarnasiya"da: Sevmək istəyirəm... (VİDEO)

Bu gündən Qaynar TV və Qaynarinfo-da yeni – "Reinkarnasiya” adlı qiraət layihəsinə başlayırıq.

Mətnləri mən – Anar Adil səsləndirəcəyəm. Siftəmizi ustad Vaqif Bayatlının "Sevmək istəyirəm” şeiri ilə edirik.

Mənə görə, Vaqif Bayatlı elə bir şairdir, ona qulaq asanda, onu dinləyəndə, onu oxuyanda adama elə gəlir, dünya əvvəllər kvadrat olub, sonra şair onu əlində sıxıb, yup-yumru şəklə salıb. Dünya Vaqif Bayatlıdan sonra kürəşəkilli olub... Dünyanı ovcunda saxlamağa əli gəlməyib, uçurub kainata ona uzaqdan baxmaq üçün. 

Mənə qalanda, səsim həmişə Vaqif Bayatlının şeirlərinin kölgəsində istirahət edib. "Bir balaca quş öz balaca yuvasının küncünə qısılantək..." Həmin balaca quş heç vaxt böyüməyəcək. Balaca da qalacaq. Yup-yumru dünyanın ovcunda...