Video 21:49 25.11.2020

Vaqif Dərgahlı “HaberGlobal”a Ordumuzun Kəlbəcərə daxil olmasından danışdı (VİDEO)

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Türkiyənin "HaberGlobal” televiziyasına Kəlbəcərin işğaldan azad olunma əməliyyatı ilə bağlı müsahibə verib. 

Kəlbəcərin işğal tarixi haqqında məlumat verən V.Dərgahlı bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı bəyanata görə, rayon noyabrın 15-də azad olunmalıydı. Lakin ermənilərin xahişi və Rusiyanın vasitəçiliyi ilə onlara əlavə 10 gün də verilib. 

Sözügedən müsahibəni video formatında təqdim edirik: