İdman 13:54 05.09.2019

VAR sistemi ilə bağlı radikal qərar

Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakim Komitəsi VAR sistemi ilə bağlı radikal qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, əllə oyun zamanı hakim VAR-da epizodun təkrarına baxmayacaq.

Qərara əsasən, hücum edən komandanın oyunçularının əllə qol vurması və ya hücumun başlanğıcında bilərəkdən, yaxud bilməyərəkdən əllə oynaması nəticəsində hücumun qolla başa çatması halında epizod müzakirə olunmayacaq. Bu zaman hakim meydanda epizodu dəyərləndirmədən, birbaşa VAR otağından gələn məlumatla qolu ləğv edəcək.