Ölkə 16:53 17.05.2019

Vasif Talıbov Ali Məclisə şöbə müdiri təyin etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 17-də Muxtar Respublikasının Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, Elçin Səfa oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri təyin edilib.

(ONA)