Ölkə 22:41 27.01.2022

Vəfat edən taqım komandirinin son paylaşımı: “Çətindir yaşamaq...” (FOTO)

Xəbər verdiyimiz kimi, Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyiti Culfa rayonunda yaşadığı evdə aşkar edilib.

E. İsmayıllı sonuncu "instagram” paylaşımında bu sözləri yazıb:

"Həyat əslində düşündüyümüz qədər asan deyildir. Çətindir yaşamaq. Bəzilərimiz böyüdükcə, bəzilərimiz uşaqlıqdan yarım oluruq. Yaxınlarımızı tanıyırıq, insanları tanıyırıq və tanıdıqımızların bəzisinə hörmət, bəzisinə də nifrət edirik, sevirik və bəzilərini tanıyıb onlardan uzaqlaşırıq, hətta bəzən də həyat alır onları əlimizdən. Amma insanın bu həyatda ən vacib hədiyyəsi zamandır. Çünki elə hamımızın həyatı keçici və dayanmayan zamandan ibarətdir. Hər şey başladığı kimi bir gündə bitir. Zaman ötdükcə acılara qatlanırsan, canın yanıre o heç sadəcə ürəyinin səsləri səni dəli edir”.

O sözügedən postu 18 saat əvvəl paylaşıb:

Qeyd edək ki, Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və ilkin məlumata əsasən, Eşqin İsmayıllının ürək çatışmazlığı səbəbindən vəfat etdiyi bildirilib.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?