Tanınmış vəkil Elçin Sadıqov barəsində başlanmış intizam icraatına xitam verilib.
Bu barədə "Report"a E.Sadıqovun özü məlumat verib.
Onun sözlərinə görə, bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin iclasında olub: "VK-nın Rəyasət Heyəti Baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında barəmdə başlanmış intizam icraatına xitam verilməsi ilə bağlı qərar çıxarıb. Eyni zamanda fərdi fəaliyyətimin davam etdirilməsi barədə müraciətim də təmin edildi".
Şərhlər