Vəkil Kamandar Nəsibov əfv sərəncamına görə Prezidentə təşəkkür etdi

Vəkil Kamandar Nəsibov əfv sərəncamına görə Prezidentə təşəkkür etdi

"Prezident İlham Əliyevin dünyada, o cümlədən ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən yaşı 65-dən yuxarı olan məhkumların əfv edilməsi ilə bağlı imzaladığı sərəncam humanizm göstəricisidir”.

Bu barədə "Report”a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Kamandar Nəsibov deyib.

O bildirib ki, əfv sərəncamı müdafiə etdiyi şəxslərdən iki nəfərə şamil edilib.

"Müdafiəçisi olduğum Çovdarov Akif Teymurxan oğlu və Minaçeva Roza Yakovlevnanın əfv edilməsi ilə əlaqədar onların və ailələrinin, həmçinin öz adımdan cənab Prezidentə təşəkkür edirəm.

Şadıq ki, yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin əfv haqqında müraciətlərinə baxaraq məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq belə bir sərəncam imzalayıb”, - deyə K.Nəsibov bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR