Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat etdi

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat etdi

Tanınmış vəkil, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Çernin Eduard Mayoroviç bu gün vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, vəkil uzun müddət xəstəlikdən əziyyət çəkib.

Qeyd edək ki, Eduard Çernin 2017-ci ilin fevralında Azərbaycana ekstradisiya edilmiş Aleksandr Lapşinin vəkili olub. Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilmişdi.

2017-ci il sentyabrında Prezident İlham Əliyev tərəfindən əfv edilib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR