Maqazin 11:53 06.08.2019

Vəliəhd şahzadə məşhur aktrisa ilə eşq yaşayır

Amerikalı aktrisa Lindsi Lohanla Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sevgili olduğu iddia edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə xəbər ABŞ mətbuatında dərc edilib. İddiaya görə, aktrisa və vəliəhd şahzadə ilk dəfə Formula 1 yarışında qarşılaşıb. Məhəmməd bin Salman Lohana içində kredit kartının da olduğu hədiyyə paketi təqdim edib. Daha sonra ikili arasında münasibət başlayıb. 

Vəliəhd şahzadə məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Lindsi Lohanın mətbuat katibi aktrisa və şahzadənin sadəcə dost olduğunu bildirib. 

Gülşən