XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Venesuela Britaniyadan 31 ton qızılını geri istəyir
Dünya17:27 13.08.2026

Venesuela Britaniyadan 31 ton qızılını geri istəyir

Venesuela Milli Assambleyasının spikeri Xorxe Rodriqes bildirib ki, ölkə hakimiyyəti Britaniya Bankında saxlanılan, dəyəri təxminən 4 milyard dollar olan qızıl ehtiyatlarının geri qaytarılmasına çalışacaq.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Venesuela hökuməti həmçinin iyun ayında baş verən dağıdıcı zəlzələlərdən sonra infrastrukturun bərpasına diqqət yetirməyi planlaşdırır. Rodriqesin açıqlaması aylıq inflyasiyanın 20 faizə yüksəldiyi bir vaxtda səslənib.

İngiltərə Bankı uzun illərdir Venesuelaya məxsus 31 ton qızılı yeraltı anbarlarından çıxarmaqdan imtina edir. Buna səbəb bankın Nikolas Maduro hökumətinin legitimliyini tanımamasıdır. Yanvar ayında Maduro ABŞ hakimiyyəti tərəfindən həbs edildikdən və prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes kral III Çarlza müraciət etdikdən sonra belə, Britaniya məhkəmələri aktivlərin təhvil verilməsini hələlik bloklayır.

Venesuela Mərkəzi Bankının məlumatına görə, iyun ayında baş verən və 6 mindən çox insanın həyatına son qoyan zəlzələlər təchizat zəncirlərinin fəaliyyətini pozub. Bankın izahına görə, bunun nəticəsində iyul ayında inflyasiya əvvəlki ayda qeydə alınan 13,8 faizdən 19,9 faizə yüksəlib.

"Reuters"in məlumatına görə, ölkədə illik inflyasiya 575,9 faizə çatıb.

Aydın