Xəbər lenti

Venesuelada həbsxanada üsyan: 68 nəfər öldü (FOTOLAR)
Foto 10:02 29.03.2018

Venesuelada həbsxanada üsyan: 68 nəfər öldü (FOTOLAR)

Venesuelada Karabobo əyalətinin paytaxtı Valensiyada həbsxanada üsyan çıxıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, məhkumlar döşəklərə od vurub. Üsyan başlayandan sonra həbsxanadan silah səsləri eşidilib. Son məlumatlara görə azı 68 nəfər dünyasını dəyişib. Əksər məhbuslar dumandan zəhərlənərək ölüblər. Həlak olanlar arasında ziyarətə gələn məhkum yaxınları da var.

Polis bildirir ki, yanğın həbsxanadan qaçmaq istəyənlər tərəfindən məqsədli şəkildə törədilib.

İllik inflyasiyanın 3000% olduğu ölkədə cinayət statistikası yüksəkdir. Bu ölkədə həbsxanalarda narkotik vasitə və silahlara rast gəlmək adi hal hesab olunur.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->