Foto 12:32 14.10.2021

Goranboyada Vətən müharibəsi şəhidi dəfn edildi (FOTO)

Vətən müharibəsi şəhidi gizir ixtiyar Əliyev dəfn edilib.

Qaynarinfo "Report"a istinadla xəbər verir ki, şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub. 

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Baş prokurorluq  Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun kimliyinin müəyyən edilməsi ilə bağlı məlumat yaytmışdı
 
11:50
 
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İxtiyar Əliyevin nəşi ailəsinə verilib.

Qaynarinfo "Report"a istinadla xəbər verir ki, şəhid gizirin nəşi bu gün 11:40 radələrində onun doğulduğu Goranlı kəndinə gətirilib.

Şəhidlə 12:00 vida mərasimi keçiriləcək.