Xəbər lenti

Ölkə 18:03 26.05.2021

Veteran statusu problemi iki sətrlik açıqlamayla aradan qaldırıla bilər... - Ekspert

"Hesab edirəm ki, ərazilərimizin azad olunmasında xüsusi şücaət göstərən və buna görə də mükafatlandırılan heyətin veteran olub-olmamasını aylarla araşdırmağa heç bir ehtiyac  yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, müharibə iştirakçılarının döyüşlərdə iştirakını hamıdan yaxşı bilən komandirləri var:
 


"Hansı ki, onların orden və medal alması üçün aidiyyatı orqanalara təqdimat yazıb. Düşünürəm ki, bu məsələlərin heç olmasa 28 May günündə həllini tapması barədə məlumatlar ictimaiyyətə təqdim olunmalıdır”.

Ədalət Verdiyev bildirib ki, hərbi əməliyyatların başa çatmasından və birgə bəyanatın imzalanmasından 6 aydan yuxarı çox vaxt keçməsinə baxmayaraq, bu günə kimi müharibə iştirakçılarına layiq olduqları veteran statusunun verilməsi hələ də tam şəkildə həyata keçirilməyib:

"Bu problemin həlli ilə məşğul olan qurumlar rəsmi açıqlamalarla çıxış etməli və bu statusla bağlı vəsiqələrin hazırlanmasının nə vaxt yekunlaşaçağını və ödənişlərin hansı dövrdən başlayacağını rəsmən elan etməlidir. Bu problemin həlli sadəcə iki sətrlik açıqlamayla aradan qaldırıla bilər”. 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->