ABŞ-ın alt paltarı brendi "Victoria's Secret"in moda nümayişi oktyabrın 18-də baş tutacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Tədbir Sakit okean vaxtı ilə saat 16:30-da Los-Ancelesdə keçiriləcək. Bu, Bakı vaxtı ilə oktyabrın 19-u saat 03:30-a təsadüf edir.
Bu il nümayişdə Cici Hadid, Aleks Konsani, Paloma Elsesser və Ebi Çempion iştirak edəcək. Lakin hələlik tədbirdə hansı ulduzların musiqi nömrələri ilə çıxış edəcəyi məlum deyil.
Ötən il nümayiş Nyu-Yorkda keçirilmişdi. İştirakçılar arasında İrina Şeyk, Cici və Bella Hadid, Adriana Lima, Emili Ratajkovski, Barbara Palvin, Barbi Ferreyra, Alessandra Ambrosio və digər modellər iştirak ediblər.
Aydın



Şərhlər