Ölkə 10:02 04.09.2019

Vilayət Eyvazov Fuad Mayılovu Sumqayıta göndərdi

Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinə ("MERO") yeni rəis təyin olunub.

Qaynarinfo bakupost.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general Vilayət Eyvazovun əmri ilə bu vəzifə Fuad Mayılova həvalə edilib.

Bu təyinata qədər Fuad Mayılov uzun illər "Ekologiya postu"nun rəisi vəzifəsində çalışıb. Onun yerinə hələ ki təyinat olmayıb.

Xəbəri Sumqayıt Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsindən təsdiqləyiblər.