Xəbər lenti

Vilayət Eyvazov idarə rəisini vəzifəsindən azad etdi
Ölkə 13:25 23.01.2021

Vilayət Eyvazov idarə rəisini vəzifəsindən azad etdi

Azərbaycan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi, polis polkovniki Samir Həsənov sərəncama göndərilib.

Qaynarinfo-nun məlumatına görə, S. Həsənov bir müddət idi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsini icra edirdi. Daha öncə isə o, Bakı şəhər Nərimanov rayon Polis İdarəsində işləyib. 

Hazırda Nizami rayon Polis İdarəsinə təyinat yoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->