Ölkə 10:05 26.02.2021

Vilayət Eyvazov polis mayoruna yeni vəzifə verdi

Daxili İşlər naziri, general polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Baku.ws-in məlumatına görə, polis mayoru Həsənov Elnur Süleyman oğlu Kəpəz rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.
E.Həsənov buna kimi Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşı olub.