Ölkə 20:44 26.03.2020

Vilayət Eyvazov: “Postlara qədər maşınla, sonra piyada Bakıya gəlməyə çalışırlar”

"746 nəfərə inzibati xəbərdarlıq edilib, 1 nəfərə isə cinayət işi açılması istiqamətində işlər görülür”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Daxili İşlər naziri Vilayət Eyvazov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında bildirib.

O deyib ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna giriş-çıxış bağlansa da, bəzi vətəndaşlar postlara qədər maşınla, ondan sonra isə piyada keçərək Bakıya gəlməyə çalışırlar:

"Belə şəxslərdən 99 nəfər barəsində konkret tədbir görülüb”.