Ölkə 17:43 17.10.2018

“Virtual Qarabağ” öz saytının yeni versiyasını təqdim edəcək

"Virtual Qarabağ” İnformasiya - Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi öz portalının (www.virtualkarabakh.az) yeni versiyasını təqdim edəcək.

Gənclər və İdman Nazirliyi (GİN) yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyevin Qaynarinfo-ya verdiyi məlumata görə, "Virtual Qarabağ”ın saytı GİN-in dəstəyi ilə 5 dildə (Azərbaycan, ingilis, rus, türk və fransız dillərində) hazırlanıb.

Portalın təqdimat mərasimi oktyabrın 19-da, saat 15:00-da "Holiday Inn Baku Hotel”də keçiriləcək.