"Uşaqlarda 3 gün davamlı hərarət varsa, həkimə müraciət etmək lazımdır. Hərarətlə yanaşı səpkilər, baş ağrıları və ishal müşahidə olunursa, həkim nəzarəti ilə müalicəyə başlamaq lazımdır".
Qaynarinfo xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verlişində qonaq olan həkim Aytən Ziyadova bildirib.
O əlavə edib ki, valideynlər qəti şəkildə özbaşına dərmanlardan istifadə etməməlidir: "Bəzən yersiz müalicə uşaqlarda böyrəklərin zədələnməsinə gətirib çıxarır".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər