Koronavirusa yoluxmuş Braziliya Prezidenti Jair Bolsonaru jurnalistlərə yaxşı olduğunu göstərmək üçün qatıldığı xüsusi mətbuat konfransında qəflətən maskasını çıxarıb.
Qaynarinfo xəbər verir ki, indi müxbirlər davranışları ilə ətrafdakıları təhlükəyə atan dövlət başçısını məhkəməyə vermək niyyətindədirlər.
Jurnalistlərin dediyinə görə, Bolsonaru üstəlik lazımi məsafəni də saxlamayıb.
Bir qədər əvvəl Bolsonarunun koronavirus testi müsbət çıxıb. Əvvəllər bu siyasətçi infeksiyanın mövcudluğunu inkar edib.
Braziliya COVID-19-a yoluxmuşların sayına görə dünyada ikinci yerdədir - 1,6 milyondan çox xəstə var. Professor Elder Nakainin dediyinə görə, virus epidemiyası ilə mübarizə üçün ciddi məhdudiyyətlər tətbiq etməkdən boyun qaçırmış Bolsonarunun siyasəti üzündən sürətlə yayılır.
Alpər
Şərhlər