İdman 16:00 02.12.2021

Voleybolçularımızın mübarizə aparacağı liqalar müəyyənləşdi

Voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandalarımız Avropa Liqası yarışlarında mübarizə aparacaqlar.

Qaynarinfo xəbər verir ki, Avropa Voleybol Konfederasiyası, son bir neçə ildə öz formatında dəyişiklər edilmiş yarışda iştirak edən yığmaları reytinqə əsasən liqalara bölür.
 
Yüksək reytinqə malik olan komandalar Qızıl Avropa Liqası, nisbətən aşağı reytinqli millilər isə Gümüş Avropa Liqasında mübarizə aparırlar.
 
2022-ci ilin may-iyun aylarında keçiriləcək Avropa Liqası yarışlarında voleybol üzrə qadınlardan ibarət milli komandamız Qızl Avropa Liqasında, kişilərdən ibarət millimiz isə Gümüş Avropa Liqasında iştirak edəcəklər.
 

 
Səbuhi Həsənov