Almaniya Federal Məhkəməsi dizelqeyt qalmaqalında milyonlarla dollar məbləğində zərərə uğrayan "Volkswagen" şirkəti barədə qərar qəbul edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, qərara əsasən avtomobil nəhənginin zərərçəkmiş müştəriləri şirkətə qarşı təzminat davası aça bilərlər. Beləliklə, dizel motorlarında aldadılan sürücülər avtomoillərinə şirkətə geri qaytarararq, ödədikləri vəsaitin bir qismini geri ala biləcəklər.
Qərar 60 minə yaxın müştərini əhatə edir.
Qeyd edək ki, qalmaqal 2015-ci ildə ABŞ-da yaranmışdı. Belə ki, şirkətin dizel mühərriki ilə işləyən avtomobillərində havanı daha az çirklətdiyini göstərən proqram təminatından istifadə etdiyi üzə çıxmış, bu səbəbdən alman markası ABŞ-a 32,7 milyon dollar təzminat ödəməli olmuşdu. Bundan başqa isə bu tip avtomobillərə sahib olan sürücülərin küçəyə çıxmasına qadağa qoyulduğu üçün çox sayda insan zərər çəkmişdi. Lakin Avropa bu avtomobilləri yığışdırmağa nail ola bilməmiş və avtomobil sahiblərinin məhkəməyə müraciətləri nəticəsiz qalmışdı.
Camal
Şərhlər