Xəbər lenti

Vüqar Nadirov: "Rəqiblərə hörmətsizlik etmirik"
İdman 12:17 10.04.2014

Vüqar Nadirov: "Rəqiblərə hörmətsizlik etmirik"

"AZAL-la bütün komandaların oyunu çətin olur. 

Vaqif Sadıqovun vaxtında AZAL futbolçuları birə-bir mübarizə aparırdılar.

Tərlan Əhmədovun gəlişindən sonra isə bir qədər oyunlarında dəyişiklik olub. Bizimlə görüşdə çalışırdırlar ki, top saxlasınlar. Komanda oyununa üstünlük verirdilər. Biz izə ənənəvi oyun üslubumuzla rəqibi üstələdik və 2:0 hesabı ilə layiqli qələbə qazandıq".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqanın son turunda AZAL üzərində 2:0 hesablı qələbə qazandıqları oyun haqda danışarkən deyib.

Növbəti turda isə "Qarabağ" "Rəvan"la üz-üzə gələcək. Bu komandanın da onlar üçün çətin rəqib olduğunu deyən Nadirov qələbə qazanacaqlarına inandığını da gizlətməyib: "Rəvan" da ilk dövrələrdə bizdən xal almağı bacarıb. Bu komandaya qarşı ilk iki görüşdə dörd xal itirmişik. Ümumiyyətlə çempionatda iştirak edən 10 klubdan heç biri ilə asan oyun olmur. Buna görə də məsuliyyyətimiz birə-beş artıb.  Bu oyunda da bizə qələbə lazımdır. Başqa nəticə haqda düşünmürük".

Qış fasiləsindən sonra on oyundan doqquzunda qələbə qazanan Ağdam təmsilçisi son turlarda böyükhesablı qalibiyyətlərlə diqqət çəkir. V.Nadirov qazanılan bu uğurların sirlərindən də danışıb: "Bəli, getdikcə oyunumuzda inkişah hiss olunur. Ancaq nəzərə almaq lazımdır ki, mövsümün əvvəllərində də yaxşı oyun nümayiş etdirmişik. Sadəcə olaraq qış fasiləsindən sonra daha dəqiq oynayırıq, əlimizə düşən imkanlardan maksimum yararlanırıq. Rəqiblərə isə hörmətsizlik etmirik. Heç birinə üstən aşağı baxmırıq. Bundan əlavə məqsədimizə çatmaq üçün günü-gündən daha çox çalışırıq. Zəhəmtimizin nəticəsidir ki, bu gün inamlı qələbələr qazanırıq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->