Ölkə 15:04 26.10.2021

Vüqar Qurbanovdan yeni təyinat

"Yevlax rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə yeni direktor təyin edilib.

Qaynarinfo Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Fazil İsmayılov təyinat alıb.

Xəbəri TƏBİB-in mətbuat xidmətindən Unikal.org-a təsdiqləyiblər.