Siyasət 00:05 04.08.2014

“Washington Post” qəzeti də erməni həmləsindən yazdı

"Dağlıq Qarabağ erməni hərbçilərinin nəzarəti altındadır" 

 “Washington Post” qəzeti Dağlıq Qarabağ regionunda gərginliyin artması haqqında məqalə dərc edilib. 

ANS PRESS-in məlumatına görə, ABŞ-da çıxan “Washington Post” qəzetinin 3 avqust tarixli daycestində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması haqqında məqalə dərc edilib. 

Məqalədə həlak olmuş hərbi qulluqçuların sayı bildirilir və vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik ərazilər 1994-cü ildə altıillik separatizm müharibəsinin sonundan erməni hərbçilərinin nəzarəti altındadır”. 

Materialda, həmçinin qeyd edilir ki, Rusiya tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.

Qaynar.info