Xəbər lenti

Ölkə 23:52 20.04.2021

"WhatsApp"da daha bir dələduzluq ortaya çıxıb

"WhatsApp" mesencerində yeni dələduzluq növü yayılmağa başlayır. İstifadəçi qrup çatlarının birində mesencerin rəsmi yenilənməsi donunda gələn ismarıcda "çəhrayı tema” (pink theme) yükləmək üçün linkə girmək təklif olunur. Dərhal hədəfə düşən smartfona mesencer donuna bürünən və akaunt məlumatlarını istəyən proqram yüklənir.

Zərərli proqramı yükləyən istifadəçilərə həmin tətbiqi silərək "WhatsApp"ın bütün akauntlarından çıxmaq, hətta parolu dəyişdirmək tövsiyə olunur. Bir qədər əvvəl "WhatsApp"da istifadəçilərə mesencerə saxta dəstək sorğusu göndərməklə onların akauntlarının bağlandığı barədə məlumat yayılmışdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->