"WhatsApp” messencerində bulud xidmətində saxlanılan yazışmaların ehtiyat nüsxəsinin şifrlənməsi planlaşdırılır.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bulud arxivinə icazəsiz girişin qarşısını almaq üçün ehtiyat nüsxələrin şifrələnməsində istifadə ediləcək parol təyin etmək mümkün olacaq.
Mesajların bərpasını istədikdə həmin şifrəni daxil etmək lazım gələcək. Lakin "WhatsApp” unudulmuş şifrin bərpasında istifadəçiyə kömək edə bilməyəcək.
Şərhlər