Dünya 13:49 11.04.2019

"WikiLeaks"in qurucusu həbs edildi (FOTO)

"WikiLeaks"in qurucusu Culian Assanc həbs edilib.

Qaynarinfo NY Times-a istinadən xəbər verir ki, Assanc Londonda yerləşən 7 ildir yaşadığı Ekvador səfirliyindən çıxarılandan sonra polis tərəfindən saxlanılıb. 

Qeyd edək ki, ABŞ, Assancın dövlətə məxsus gizli sənədləri paylaşdığını bildirərək ona qarşı cinayət işi qaldırıb.

Gülşən