Xəbər lenti

Ölkə 16:00 29.07.2021

Xaçmazda deputat polisi döyüb? (İDDİA)

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun Nabranda polis əməkdaşlarından birini döydüyü iddia edilir.
 
Rayondakı mənbələr Qaynarinfo-ya bildirib ki, hadisə baş verən zaman deputat sərxoş olub. 

İddialara görə, Eldəniz Səlimov naməlum səbəblərdən Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib. Deputatın ona xəsarət yetirdiyi bildirilir. Məlumata görə, Zaur Mirəzyev deputatın ona daha ağır xəsarətlər yetirə biləcəyini görüb hadisə yerindən uzaqlaşıb. 

Onun hazırda Bakıda olduğu bildirilir. Zaur Mirəzyevin mobil nömrəsini əldə etsək də, zənglərimizə cavab verən olmadı.
 
Eldəniz Səlimovla da danışmaq cəhdlərimiz də nəticəsiz qaldı. Onun istifadə etdiyi mobil nömrəyə zəng çatmır. 

Yerli mənbələr bildirir ki, bu, Eldəniz Səlimovla bağlı birinci belə hal deyil. O hələ deputat olmazdan əvvəl Vergilər Nazirliyinin yerli idarəsində şöbə müdirini döyüb. Ölkədə sərt karantin rejimi hökm sürdüyü vaxtda isə yol polislərinin biri ilə mübahisə edərək, ona şillə vurub. İki ay əvvəl isə mühafizə polisinin əməkdaşlarından birinə hədə-qorxu gəlib.
 
Vidadi 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?