Xəbər lenti

Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
Ölkə 18:42 11.03.2026

Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı

Bakıda xadimə ev sahibinin qızıllarını oğurlayıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Azadə Qulamova (şərti) 14 il Zəhra Kərimovanın (şərti) evində xadimə işləyib.

Ev sahibinin ona münasibəti yaxşı olub. Bununla belə, Azadə Qulamova əlinə fürsət düşən kmi ev sahibinin 12 000 manat dəyərində qızıl-ziynət əşyalarını oğurlayıb. 

Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra işin üstü açılıb. Azadə Qulamova oğurladığı əşyaları istintaqa təhvil verib. 

Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə mühakimə olunan Azadə Qulamova əməlindən peşman olduğunu deyib. 
Məhkəmənin hökmü ilə müttəhimə 1 il müddətinə azadlığın məhdudlaşıdırılması cəzasi təyin edilib. 

Seyid 
--> -->