Xəbər lenti

Xaləddin İsgəndərov zeytun bağlarına qənim kəsilib - FOTOLAR
Maqazin 17:55 24.02.2016

Xaləddin İsgəndərov zeytun bağlarına qənim kəsilib - FOTOLAR

Yaşıllıqlarla bağlı ən yüksək səviyyədə siyasi iradənin varlığına baxmayaraq, bu gün paytaxt Bakımızın ən bahalı ərazilərindən biri hesab olunan, Binəqədi rayonu ərazisindəki Heydər məscidinin ətrafında da "yaşıl soyqırım” davam etdirilməkdədir.

Bu da bir həqiqətdir ki, ətraf mühitin mühafizəsi, onun qorunmasının təşkili, bir sözlə ekoloji tarazlığın təminatı, hər zaman aktuallıq kəsb edən mövzulardan biri olub. Ətraf mühit dedikdə tam əksəriyyətin nəzərində əsas bir anlam, ucsuz-bucaqsız meşə zolaqlarının, enişli-yoxuşlu dağ yamaclarının varlığı və.s nəzərdə tutulur. Belə bir səbəblər üzündəndir ki, Azərbaycan hakimiyyəti ətraf mühitlə bağlı problemləri daim qabardır və həlli istiqamətində əməli addımlarını da atır. 

Onu da vurğulamaq yerinə düşər ki, ölkə rəhbəri ekoloji tarazlığın qorunması məsələsində hər zaman həssas olub və problemlərinin həllinə diqqətlə də yanaşıb. Xüsusilə də, növündən asılı olmayaraq ağacların kəsilməsinə, meşə zolaqlarının məhv edilməsinə sərt reaksiya da verib. 

Yəqin ki, hələ bir neçə il bundan əvvəl mərhum prezident Heydər Əliyevin "bir ağacı kəsən şəxs, sanki qolumu kəsir” yanaşması, hər kəsin, xüsusilə də, bu gün yaşıllıqların kütləvi məhvinə fərman verən vəzifə sahiblərinin də yaxşı yadındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin isə 2010-cu ili "Ekologiya ili" elan etməsi də, olduqca təqdirəlayiq addım hesab olunmuşdur. Belə bir səbəb üzündən də, həmin ildə müxtəlif tədbirlər həyata keçirildi, spesifik sahələr üzrə elektron resurslar yaradıldı, əhali arasında maarifləndirmə işlərinin təbliğinə qərar da verildi.

Bundan əlavə, bir müddət bundan əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi aktual ekoloji problemlərin həlli və əhali arasında ictimai-ekoloji nəzarətin gücləndirilməsi məqsədilə, "Ağacların kəsilməsinə yox!” proqramının həyata keçirilməsinə də başlanılmışdı. Verilən məlumatlara görə, proqram çərçivəsində "Təbiətə təcili yardım” qaynar xətti və mobil qrup da yaradılmışdı. Məqsəd, mobil qrupa daxil olan şikayətləri yerində araşdırmaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplamaq olmuşdur.

Belə bir yanaşmaların varlığına baxmayaraq, hələ bir müddət bundan əvvəl də, Bakının mərkəzi ərazilərindən birində hansısa işbazların nadir ağac növlərini məhv etmək addımları ilə bağlı, sosial mediada yayılanlara, birbaşa ölkənin birinci xanımı Mehriban Əliyeva da kəskin reaksiya vermişdi. Dərhal həmin işbazlarla bağlı sərt tədbirlər görülür və onların inşa etdirmək istədikləri obyektin tikintisi isə, birdəfəlik dayandırılır. 

Yaşıllıqlarla bağlı ən yüksək səviyyədə siyasi iradənin varlığına baxmayaraq, bu gün paytaxt Bakımızın ən bahalı ərazilərindən biri hesab olunan, Binəqədi rayonu ərazisindəki Heydər məscidinin ətrafında da "yaşıl soyqırım” davam etdirilməkdədir. Belə ki, həmin məscidin ətrafındakı zeytun bağları məhv edilir və yaşıllıqlardan təmizlənmiş ərazidə isə, hansısa vəzifə sahibi tikinti işlərini davam etdirir. Belə bir addımın atılması da onu söyləməyə əsas verir ki, Binəqədi rayonuna rəhbərlik edən Xaləddin İsgəndərov, həmin işbaza lazımi şərait yaradıb və zeytun bağlarının məhvi ilə bağlı qararını da açıqlayıb. Yəni, o, belə bir addımını atmaqla Inzibati Xətalar Məcəlləsinin və ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərini kobud surətdə pozmuş olur. 

Bir faktı da unutmayaq ki, hələ 2006-cı ildə "Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil Suraxanı rayonunun Zığ şossesi ərazisindəki zeytun bağlarını, Milli Təhlükəsizlik Nazirliyinin generalı (bu gün o, həbsdədir) olmuş Akif Çovdarov məhv etdirərkən, ərazidə lazımi çəklişlər aparır və "yaşıl soyqrım”la bağlı problemi də ictimailəşdirir. Həmin vaxt jurnalistin atdığı addım, ona olduqca baha başa gəlir. Belə ki, o, çox keçmir ki, Akif Çovdarovun hədələrinə, təzyiqlərinə tuş gəlir və sonda da qarın nahiyəsindən puçaqlanır. Baş verən olayla bağlı Aqil Xəlil "mənim puçaqlanmağıma səbəbkar Akif Çovdarovdur” desə də, təəssüflər olsun ki, həmin vaxt hüquq-mühafizə orqanı əməkdaşları, baş verən olayla bağlı lazımi araşdırma aparmırlar. Çünki, onlar Akif Çovdarov faktorunun varlığından olduqca ehtiyat edirlər, yalnız jurnalistin təhlükəsizliyi ilə bağlı DİN-i əməkdaşlarının lazımi tədbirləri görməsindən sonra, Aqil Xəlilin həyatını ölmün pəncəsindən xilas etmək mümkün olur. Bəli, bütün bunlar yaxın tariximizdə yaşananlardır ki, bu gün də xatırlamağa məcburuq.

Yuxarıda sadaladıqlarımızı qeyd etməklə onu da bildirmək istəyirik ki, vaxtilə Akif Çovdarovun oynadığı rolu, bu gün Xaləddin İsgəndərov oynamaqdadır. Çünki, ətraf mühitlə bağlı ən yüksək səviyyədə siyasi iradənin ortaya qoyulmasına baxmayaraq, hal-hazırda Binəqədi rayonunun icra başçısı, belə bir yanaşmanın varlığına məhəl qoymur və zeytun bağlarının məhvi ilə bağlı addımlarını da atmaqda davam edir. 

Ümumiyyətlə, onu da vurğulamaq istəyirik ki, Heydər Əliyevin adını daşıyan məscidin ətrafında, hətta ondan kənar ərazilərdə belə, çox yaxın vaxtlarda ciddi ekoloji problemlər baş qaldıracaq və məsuliyyət yükü də, məhz Xaləddin İsgəndərovun boynunda qalacaq. Əgər məscidin yuxarı türbəsindən baxılarsa, o halda çəklişini həyata keçirdiyimiz "yaşıl soyqrım”ın və inşaası davam etdirilən tikinti işlərinin də, canlı şahidi olmaq mümkün olar. 

Bir məqamı da qeyd edək ki, hələ Binəqədi rayonu ərazisində sakinlərə məxsus bina yanarkən, icra başçısı baş verən yangın hadisəsində yüksək çinli vəzifə sahiblərindən bir neçəsini günahlandırır, hətta onlara şər-böhtan atmaqdan da belə çəkinmir. Bu da onu söyləməyə əsas verir ki, Xaləddin İsgəndərov bu günə qədər saysız-hesabsız cinayət əməllərinə qol qoymuş, zeytun bağlarının məhvi də, onun növbəti cinayətlərindən biridir.(Gündəmxəbər)

Qarşı tərəfin mövqeyini dərc etməyə də hazırıq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->