Xəbər lenti

Xalq artisti həyat yoldaşına:
Foto 12:12 17.11.2017

Xalq artisti həyat yoldaşına: "Sənə 50 dəfə xəyanət etmişəm" (FOTOLAR)

Dünən Xəzər telekanalında yayımlanan "5/5" verilişinin qonağı olan xalq artisti Rafiq Hüseynov (Rəmiş) və xanımı Gülü Zaurun "sürpriz"i ilə qarşı-qarşıya qalıblar.

"Qaynarinfo" milli.az-a istinadən xəbər verir ki, aparıcı Gülünün adından hazırladıqları sualları onun dilindən Rəmişə ünvanladıb.

Rəmişlə Gülünün sual-cavab əsasında yaranan maraqlı dialoqunu təqdim edirik:

- Mənə görə gitaranı atarsan?
- Yox!

- Mənə xəyanət eləmisən?
- 50 dəfə.

- Maşını satıb, mənə bahalı şuba alarsan?
- Mənim Ehtiram kimi, Təyyar kimi dostlarım var. Maşını satınca, onlara deyərəm "Gülüyə şuba alıb, gətirin", alıb gətirərlər. Bu da olmasın iki milyarderin toyu.

- Evi mənim adıma keçirərsən?
- Çoxdan keçirmişəm, evi də, maşını da. Ona görə ki, insan ömrü çox qısadır. Xəstələnməyi var, ölməyi var. Mənim başıma nəsə gələrsə, bəzi qohum-əqraba o mülk üçün Gülüylə davaya qalxmasınlar, ona görə. 

- Mənim ad günüm nə vaxtdır?
- Yadımda deyil o. 

- Məni çox istəyirsən, yoxsa gitaranı?
- İkinizi də eyni səviyyədə. Biri pul gətirir, biri də əziyyətimi çəkir.

- Mənim dalımca danışmısan?
- Çox. 

- Camaatın yanında sevgini mənə sübut edə bilərsən?
- Camaatın yanında? Camaatın yanında sevgi olar?!(gülür) 

Qaynarinfo.Az
 





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->