Tanınmış qarmon ifaçısı, xalq artisti Avtandil İsrafilov qarət edilib.
Qaynarinfo Yenicag.az-a istinadən xəbər verir ki, Avtandil İsrafilov qarət olunduğunu qatıldığı televiziya verilişində etiraf edib.
O, qızıl və brilyantlarla bəzədilmiş qarmonunu nümayiş etdirərək, həmin brilyantlardan ikisinin oğurlandığını deyib:
"Bu qarmonun üzərindəki naxışlar qızıldandır. Brilyantlar da vardı, ikisini oğurladılar, üstündən çıxarıb apardılar. Olan işdir”.
ARB-nin "Öz evimizdir” verilişindən olan görüntüləri təqdim edirik.
Şərhlər