Ölkə 19:14 01.11.2017

Xalq artisti Rafiq Hüseynovun dəfni noyabrın 3-də olacaq

Xalq artisti Rafiq Hüseynovun dəfni noyabrın 3-də olacaq.

Trend-in məlumatına görə, xalq artisti Rafiq Hüseynovun cənazəsi noyabrın 2-də axşam saatlarında Bakıya gətiriləcək. Xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında noyabrın 3-də saat 10:00-dan 12:00-dək keçiriləcək.

Rafiq Hüseynovun yas mərasimi isə noyabrın 3-də Heydər Məscidində təşkil olunacaq. Mərhum Yasamal qəbirstanlığında dəfn ediləcək.

Qaynarinfo.Az