Xalq artisti renimasiyada

Xalq artisti renimasiyada

Xalq artisti Nuriyyə Əhmədovanın səhhətində problem yaranıb. Aktrisa reanimasiyaya yerləşdirilib.

Aktrisanın rəfiqəsi, jurnalist Sədaqət Kamalın anspress-ə verdiyi məlumata görə, Nuriyyə xanımın vəziyyəti gecə saat 3 radələrində pisləşib. 

"Gecə saat 3-də nəvəsi (dünyasını dəyişmiş qızının oğlu) qışqırıb məni çağırdı. Otağa girəndə gördüm ki, Nuriyyə yıxılıb yerə. Tez təcili tibbi yardım çağırdıq. Həkimlər yüksək təzyiq diaqnozu qoydular və təcili xəstəxanaya apardılar. Dəqiq deyə bilmərəm, deyəsən insult keçirib. Bir müddətdən sonra mənə zəng vurub Məlikov xəstəxanasına apardıqlarını bildirdilər".

Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının qəbul şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Nuriyyə Əhmədova beyin-qan dövranı pozqunluğu diaqnozu ilə qəbul edilib. Xalq artisti hazırda reanimasiyadadır.

Qaynar.info

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR